Xalq artisti Röya Ayxan həmkarlarını başına toplayıb.
Qlobal.net xəbər verir ki, lüks restoranların birində sənət dostları ilə görüşən müğənni onlarla yeyib-içərək əylənib.Röyanın məclisində Xalq artisti Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, müğənnilər Abbas Bağırov, Zamiq Hüseynov, Samir Cavadzadə, aparıcı Nəsib Nur və digər dostları iştirak edib
Pop ulduz Zülfiyyə və Zamiqlə də duet oxuyub. Röya məclisdə çəkdiyi görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.