659eb2c59972b202401240749
Məşhur xanəndədən toyda görün nə oxumasını istədilər - Çox varlı bir ailənin toyu idi...

Azərbaycanda çox varlı bir ailənin keçirdiyi toy məclisində ev sahibi toyda azan oxunmasını istəyib.

Qlobal.net lent.az-a istinadən xəbər verir ki, məlumata görə, o bundan ötrü xanəndə Mirələm Mirələmova müraciət edib, istədiyi qonorarın müqabilində məhz onun səsindən azan oxunması arzusunu bildirib.

Bu barədə Mirələm Mirələmov özü məlumat verib. O qeyd edib ki, toy sahibinin arzusunu yerinə yetirməyib.

"O məclisdə içki verilirdi. Dini inanclarım var. Belə bir addımın düzgün olmayacağını düşündüm, azan oxumayacağımı dedim. O da sonra məni anladı və fikrindən daşındı", - deyə müğənni bildirib.

Qeyd edək ki, xanəndə Mirələm Mirələmov azan oxuma videosu sosial şəbəkələrdə maraqla qarşılanmışdı.

10.01.2024 19:07
show 10697