Məşhur şairəni nəvəsi niyə qətlə yetirib: "Qırmızı ipi görəndə..." – ŞOK DETALLAR
Sumqayıt şəhərində 1995-ci il təvəllüdlü Nicat Əliyev 1938-ci il təvəllüdlü nənəsi Qənirə Mehdixanlını qətlə yetirib.
Nicat ötən ilin iyunun 25-də gecə saat 01.30-da nənəsi Qənirə ilə birlikdə yaşadığı evə gəlib. Nənə
evə gec gəldiyi üçün Nicatı məzəmmət edib, bununla kifayətlənməyərək
anası və atasını təhqir edib. Nicat bu təhqirlərdən sonra, əvvəllər də
nənəsi ilə tez-tez mübahisə etməsindən bezdiyi üçün son 2-3 gün ərzində
nənəsini öldürmək barədə fikirlərini reallaşdırmaq qərarına gəlib.
Təxminən saat 3 radələrində özünə aid idman ayaqqabısının hər iki ipini
açaraq bir-birinə bağlayıb və nənəsinin yataq otağına daxil olub. Nənə
yuxudan ayılıb və ondan nə üçün otağa gəldiyini soruşub. Nicat heç nə
demədən nənəsinə yaxınlaşıb, əlindəki ipi onun boğazına keçirərək,
boğmağa başlayıb.
Lakin nənəsi müqavimət
göstərdiyindən iplə onu boğa bilməyəcəyini başa düşüb, sağ qolu ilə
nənəsini təxminən 1-2 dəqiqə ərzində boğmağa davam edib. Həmçinin
nənəsinin müqavimətini qırmaq üçün sol əli ilə sifət nahiyəsinə bir neçə
yumruq vurub. Sonra nənəsini boğaraq öldürüb.
İstintaq
orqanı tərəfindən Nicatın barəsində Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət
işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş
hakim Hafiz Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
“Tez-tez mübahisə etmişik” Məhkəmədə
təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ittiham üzrə özünü
təqsirli bilib və suallara cavab verməkdən imtina edib. O, əməlindən
peşman olduğunu bildirib.
Bu səbəbdən məhkəmə
təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsini elan edib.
Həmin ifadədən görünür ki, əvvəllər nənəsi Qənirə ilə münaqsibətləri
normal olub: “Təxminən son 6-7 ayda münasibətlərimiz yaxşı deyildi.
14-15 il ailəmizlə birlikdə Türkiyənin Antalya şəhərində yaşamışam.
2021-ci
ilin martında nənəm koronavirus xəstəliyinə tutulanda ona qulluq
məqsədilə Sumqayıt şəhərinə gəldim. Son 6-7 ayda tez-tez mübahisə
edirdik”.
Təqsirləndirilən şəxs deyib ki, qonşuluqda
yaşayan Cevriyə adlı qızı sevdiyindən, ailə qurmaq istədiyindən, lakin
qohum olmadığından nənəsi Qənirə onun Cevriyə ilə münasibətinə razılıq
verməyib: “Həmçinin mənim geyimimə, saqqal saxlamağıma, siqaret
çəkməyimə və digər vərdişlərimə görə tez-tez mənə irad tutaraq məzəmmət
edirdi. Nənəmlə tez-tez mübahisə etməyimizdən bezdim. Hadisədən 2-3 gün
əvvəl onu öldürməyi fikirləşdim”.
“Gecə zəng vurdu, gələcəyimi bildirdim”
Təqsirləndirilən
şəxs qeyd edib ki, hadisədən əvvəl, təxminən saat 9 radələrində yuxudan
oyanaraq nənəsinin ona almış olduğu “Passat” markalı avtomobilin yağını
dəyişmək məqsədilə əşya bazarında olan Kamil adlı ustanın yana gedib: “Ustanın
yanında olarkən bibim Vəsilə mənə zəng vurdu, oğlu Uğuru şahmat
məktəbindən götürməyimi xahiş etdi. Ustanın yanında növbə olduğundan
bibimi də evindən götürərək, şahmat məktəbinə getdik. Uğuru oradan
götürüb evlərinə qaytardım.
Ardınca yenidən Kamil
ustanın yanına gəldim. Avtomobilin yağını dəyişib evə qayıtdım. Evdə
olarkən nənəm mənə zəng vuraraq, işlədiyi Aşıqlar Birliyindən
götürməyimi xahiş etdi. Aşıqlar Birliyindən onu götürüb evə gətirdim.
Avtomobili yudurtmaq üçün əşya bazarına getdim. Təxminən saat 18-19
radələrində yenidən evə qayıtdım.
Evdə 1-2
saaat oturduqdan sonra məhəlləyə düşüb, Şərif və daha bir neçə adını
bilmədiyim şəxslərlə siqaret çəkdim, söhbətləşdik. Yarım saat sonra evə
qayıdaraq saat 21-22 radələrində yenidən evdən çıxdım. “Misli” mərc
oyunlarının keçirildiyi məkana getdim. Təxminən gecə saat 12 radələrində
nənəm zəng vuraraq, yatdığını dedi, evə nə zaman gələcəyimi soruşdu.
Ona bir azdan gələcəyimi bildirdim”.
“Nənəmin məni danlamağı yadıma düşdü”Nicat
ifadəsində daha sonra göstərib ki, təxminən saat 01.30-da mağazadan
Xırdalan pivəsi alaraq evə gəlib: “Blokun qarşısında məhəllə dostlarım
Şərif və qardaşı Vüqarla görüşdüm, sonra yuxarı qalxdım. Qapının səsinə
nənəm yuxudan oyandı, evə gec gəldiyim üçün mənə məzəmmət etməyə
başladı. Əsəbi soyumayaraq ardınca məni təhqir etməyə, atam-anamla bağlı
əxlaqsız sözlər söyləməyə başladı.
Nənəmin
təhqirlərinə əsəbiləşsəm də, ona məhəl qoymadım və qonaq otağına keçdim.
Evdə olarkən televizorda “Survivor” verilişinə baxmağa başladım.
Ardınca binanın yanında yerləşən “Mini Marketə” düşdüm və semiçka alıb
evə qayıtdım. Pivələrin hər ikisini içdikdən sonra nənəmin məni
danlamağı yadıma düşdü”.
“Qırmızı rəngli ipi də götürdüm...”Nicat
qeyd edib ki, təxminən saat 3 radələrində nənəsini öldürmək qərarına
gəlib: “İdman ayaqqabımın hər ikisinin iplərini açdım, otaqdakı dolabda
olan qırmızı rəngli ipi də götürdüm. İpləri bir-birinə bağlamdım və
nənəmin otağına girdim. Orada nənəmi nə cür boğacağımı fikirləşdim.
Bu
zaman nənəm yuxudan ayıldı, “nə var, nə axtarırsan” deyə soruşdu.
Nənəmə cavab verməyərək, ona yaxınlaşdım. Nənəm sağ yanı üstə
uzandığından ayağımı onun kürəyinə dirədim və əlimdəki ipi boynuna
keçirdim. Güc təbiq eləyib onu özümə tərəf dartdım. Müqavimət
göstərdikdə sağ qolumla nənəmin boğazından tutdum və onu boğmağa davam
elədim. Müqavimət göstərdikdə sol əlimlə onun sifət nahiyəsini
yumruqlamağa başladım. Təxminən 1-2 dəqiqə boğduqdan sonra sol
qulağından qan gəlməyə başladı.
Nənəm hərəkətsiz vəziyyətdə qaldıqda onun öldüyünə əmin oldum. Bundan sonra əlimi ondan buraxdım”.
“Nənəmin öldüyü təsdiqləndi” Təqsirləndirilən
şəxs qeyd edib ki, nənəsi Qənirəni öldürdükdən sonra siqaret çəkib,
əl-üzünü yuyub: “Əynimdəki paltarın qan olduğunu gördüm, əynimdən
çıxardım, paltarı və nənəmi boğarkən istifadə etdiyim ipi torbaya
qoydüm. Evdən çıxıb yaxınlıqdakı parka getdim. Ağacların arasında ipi
yandırdım. Paltarımı da yandırmaq istədim. Alışqan yanmadığından paltarı
basdırmaq qərarına gəldim. Bir qədər aralıda yeri qazdım. Paltarı
torbadan çıxararaq basdırdım. Torbanı isə oralarda yerə atdım.
Bütün
bunlardan sonra yenidən evə qayıtdım, bibim Vəsiləyə zəng vurdim və
nənəmin öldüyünü bildirdim, ağlamağa başladım. Bibim qonşulara xəbər
verməyimi, özünün də gəldiyini dedi.
Evdən
çıxaraq qışqıra-qışqıra qapı qonşularımız Hicrangilin qapısını döydüm.
Bu zaman səsimə üst qonşularımız Şərif gəldi və nə baş verdiyini
soruşdu. Şərifə nənəmin öldüyünü bildirdim. O, dərhal Təcili Tibbi
Yardıma zəng vurdu və bir neçə dəqiqə sonra həkimlər evə gələrək nənəmin
öldüyünü təsdiqlədilər”.
“Nişanlımdan borc pul almışam”Nicat
deyib ki, nənəsi Qənirəni öldürərkən ona heç kəs kömək etməyib: “Qətli
tək törətmişəm. Nənəm evdə pul, qızıl-zinət və digər qiymətli əşyalar
saxlamasının şahidi olmamışam.
Mərc oyunları
oynadığımdan, müəyyən miqdarda borcum yığıldığından təxminən 1 ay əvvəl
evdəki “Noutbuk”u nənəmdən xəbərsiz sataraq borcumu qaytardım. Sonradan
“Noutbuk”u satdığımı nənəmə etiraf etdim.
Bundan başqa
təxminən 10 gün əvvəl mərc oyunlarından yaranmış borcumu qaytarmaq üçün
nişanlım Cevriyədən 3000 manat borc pul aldım. Cevriyə həmin pulları
bankdan kredit şəklində götürərək mənə verdi”.
“Oğlumu anama qulluq etməyə göndərdim”İş
üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin anasının
sözlərinə görə, zərərçəkmiş Qənirə doğma anası, təqsirləndirilən şəxs
isə doğma oğludur:
“Təxminən 14-15 il bundan
əvvəl Rasim adlı şəxslə ikinci dəfə ailə həyatı quraraq, oğlum Nicatla
birlikdə Türkiyənin Antalya şəhərinə köçdük. Rasimlə evliliyimdən Oğuz
adlı oğlum dünyaya gəldi. Anam Qənirə isə Sumqayıt şəhərində tək
yaşayırdı.
2021-ci ilin mart ayında “COVİD-19”
xəstəliyinə tutulduğundan Nicatı ona qulluq etməyə göndərdim. Anam özü
də Nicatın onunla birlikdə yaşamasını istəyirdi.
Nicat Sumqayıt şəhərinə gəlib anamla birlikdə yaşamağa başladı. Hətta anam kreditlə Nicata “Passat” markalı avtomobil də aldı”.
“Anam da razılıq verdi”Şahid
qeyd edib ki, Nicat Sumqayıt şəhərinə gəldikdən 2-3 ay sonra 9-cu
mikrorayonda yerləşən “Araz supermarket” mağazasında kassir işləməyə
başlayıb: “Tez-tez anama və Nicata zəng vuraraq hal-əhval tuturdum. Anam
Nicatdan gileylənir, aldığı maaşdan evə heç nə vermədiyini, yəni
avtomobilin kreditinə köməklik etmədiyini bildirdi. Nicata bu barədə
dedikdə o da cavan oğlan olduğunu, xərclərinin çıxdığını dedi.
2022-ci
ilin martında Nicat qonşuluqda yaşayan Cevriyə adlı qızla nişanlandı.
İlk vaxtlar anam buna etiraz etsə də, sonradan ailələr tanış olduqdan
sonra o da razılıq verdi”.
“Tez-tez pul istəməyə başladı”Təqsirləndirilən
şəxsin anasının sözlərinə görə, hadisədən 1-2 ay əvvəl iş şəraitini
bəyənmədiyi üçün Nicat mağazada işdən çıxıb: “İşdən çıxdıqdan sonra
anamdan tez-tez pul istəməyə başladı. Hətta evdə olan “Noutbuk” da bir
gün evdən itdi. İlk başda Nicat bundan xəbəri olmadığını bildirsə də,
bir neçə dəfə söhbətdən sonra “Noutbuku” satdığını bildirdi. Pulları
hara xərclədiyini soruşdum, Nicat mərc oyunları oynadığını və borcu
yarandığını, buna görə nənəsindən tez-tez pul istədiyini, “Noutbuk”u
satdığını bildirdi”.
Şahid deyib ki, hadisədən 2 həftə
əvvəl Nicat ona zəng vuraraq mərc oyunları ilə əlaqədar yaranmış
borcunu ödəmək üçün telefonunu satdığını deyib: “Təzə telefon almaq üçün
məndən pul istədi. Ona 400 dollar pul göndərdim. Mərc oyunları oynamağı
tərgitməyi xahiş etdim. Nicat and içərək, bir daha mərc oyunu
oynamayacağını bildirdi”.
“Zənglərimə cavab vermədiyindən mesaj yazdım”Şahid
qeyd edib ki, sonuncu dəfə anası Qənirə ilə telefonla danışıb: “Anam
zəng vuraraq Nicatın evə gəlmədiyini dedi, narazılığını ifadə etdi.
Anamla danışıb qurtardıqdan sonra Nicata ona zəng vurdum. Lakin
zənglərimə cavab vermədiyindən ona mesaj yazdım. Nicat mesajlarıma da
cavab vermədi.
Səhəri gün Nicat zəng vuraraq,
gecə dostu Fərdin bağında ad günündə olduğundan zənglərə cavab verə
bilmədiyini bildirdi. Nicatın dostları ilə söhbət etdikdə onun hər hansı
bir ad günündə olmadığı aydınlşadı”.
“Oğlumun anamı öldürdüyünü öyrəndim”Şahid
bildirib ki, hadisə günü, təxminən gecə saat 3 radələrində Nicat ona
zəng vuraraq, ağlaya-ağlaya Qənirənin öldüyünü bildirib: “Anamın hər
hansı bir xəstəliyi olmadığından bu xəbər məni təəcübləndirdi və ondan
anamın necə öldüyünü soruşdum. Nicat həmin vaxt şok keçirdiyindən heç nə
bilmədiyini, həkim çağırdığını dedi.
Təyyarə bileti alaraq Sumqayıt şəhərinə gəldim. Qonşulardan, qohumlardan oğlum Nicatın anamın öldürdüyünü öyrəndim”.
Məhkəmənin
hökmü ilə Nicat 10 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxsin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində
çəkməsi müəyyən edilib.
Qeyd edək ki, şairə, QHT rəhbəri kimi tanınan Qənirə Mehdixanlı həm də Aşıqlar Birliyinin Sumqayıt şöbəsinin rəhbəri olub.
Əslən Ağstafa rayonundan olan tanınmış şairə Qazax
Müəllimlər Seminariyasının məzunu olub və Sumqayıtda 60 ilə yaxın
pedoqoji fəaliyyət göstərib./Teleqraf.com