photo_27087722

Məşhur rus təbliğatçısı türk xalqını TƏHQİR ETDİ: “Vicdanı və namusu olmayan xalq..."

Məşhur rus təbliğatçısı Sergey Karnauxov türk xalqını təhqir edib.

Qlobal.net konkret.az-a istinadla xəbər verir ki, dünən bu barədə Karnauxov teleqram səhifəsuində yazıb. O, Türkiyəni və türk xalqını qondarma “soyqırım”da ittiham edib.

“Vicdanı və namusu olmayan xalq, “soyqırım”a görə tövbə etmək istəmirsiniz? Bəs buna görə kompensasiya ödəmək istəmirsiniz?

Türkiyə Ermənistan xalqından “soyqırım”a görə rəsmən üzr istəyəndən sonra mən ölkənin və onun liderlərinin mövcudluğunu açıq şəkildə etiraf edəcəyəm”, – deyə Karnauxov çərənləyib.

P.S. Solovyovun kölgəsində fırlanan, Simonyanın “tezis”lərini tutuquşu kimi efirlərdən səsləndirən və təhlükəsizlik qüvvələrinin nəzarəti altında fəaliyyət göstərən Karnauxova bütün xalqı təhqir etmək hüququni kim verib?!

Biz Karnauxov kimilərinin kim olduğunu, türklərə və azərbaycanlılara nə qədər nifrət etdiyini çox gözəl bilirik. 

Yəqin ki, Türkiyənin Rusiyadakı səfirliyi bu “rupor”un etnik ədavəti qızışdırdığına görə məsuliyyətə cəlb edilməsi üçün müvafiq strukturlara rəsmi müraciət təqdim edəcək.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfirliyi də hər cür fırıldaqçılara vaxtaşırı Azərbaycan xalqını təhqir etməyə imkan verir.

29.08.2022 13:50
show 318