Amerikalı müğənni Madonna küçədə yaşayan qardaşı Entoni Cikkon tənəffüs çatışmazlığı və xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qlobal.net lent.az-a istinadən xəbər verir ki, xarici saytlarda bu ilin fevral ayında ölən Entoninin vəfatı barədə yeni detallar paylaşılıb.
Bir müddət əvvəl məlum olub ki, ifaçı uzun illər Miçiqanda (ABŞ) reabilitasiya mərkəzində müalicə alan qardaşının xərclərini ödəyib. Son zamanlar Cikkon çox arıqlayıb və plastik boruların köməyi ilə nəfəs alıb.
Qeyd edək ki, Entoninin kiçik bacısı ilə münasibəti həmişə çətin olub, lakin ifaçı onu heç vaxt tərk etməyib.