656741e7a5040202311235135
Məşhur müğənninin atası Bakı metrosunda qəfil vəfat etdi - FOTO

Müğənni Çinarə Məlikzadəyə ağır itki üz verib.

Sənətçinin atası Məlik Ağalar oğlu Məlikzadə  bu gün metronun "Nərimanov" stansiyasında dünyasını dəyişib. Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib.

O sosial şəbəkə hesabında Çinarə ilə fotosunu paylaşaraq atasının vəfatına görə ona başsağlığı verib:

"Bir gün gələr, bir gün köçər bu dünyadan ... Olumlu-ölümlü bu dünyadan daha bir ata köçdü ... Xətrini dünyalar qədər istədiyim bir insanın müğənni Çinarə Məlikzadənin atası Məlik Ağalar oğlu Məlikzadə (06.06.1962 - 29.11.2023) metroda qəflətən dünyasını dəyişdi".

Xatırladaq ki, bu gün "Nərimanov" stansiyasında qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və dünyasını dəyişib.

Bakı Metropolitenindən BAKU.WS-ə bildirilib ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.

29.11.2023 17:51
show 655