67a5b2e1b473a202502251441

Məşhur müğənnidən sevgililər günü etirafı: “Mənasızdır”

14 Fevral Sevgililər Günündə səhnədə olacağını bildirən məşhur müğənni Zeynep Bastık bu günü mənasız hesab etdiyini açıqlayıb.

Qlobal.net xəbər verir ki,sevgi həyatı ilə tez-tez gündəmə gələn məşhur müğənni Zeynep Bastık yeni mahnısının klipi üçün kamera qarşısına keçib.
Jurnalistlərin suallarını cavablandıran sənətçi “Uzun zamandır səbirsizliklə gözlədiyimiz bir mahnıdır. Türk motivləri olan, oryantal və enerjili bir əsərdir. “Lan”dan sonra çıxaracağımız mahnının əhəmiyyəti böyük idi. Belə uğurlardan sonra atacağın ilk addımı yaxşı düşünməlisən. Bu, bir az təzyiq yaradır, amma biz yaxşı mahnılar hazırladıq” – deyə bildirib.

Bastık sevgilisi Serkan Tütüncü ilə Sevgililər Günündə bir-birilərinə hədiyyə almayacaqlarını vurğulayaraq, “14 Fevralın bir mənası yoxdur” sözləri ilə diqqət çəkib.

Səbinə
Qlobal.net

07.02.2025 16:46
show 22