qeza1

Məşhur müğənni toya gedərkən ağır qəza keçirib, avtomobili xurd-xəşil olub

Müğənni Əlikram Bayramov keçirdiyi ağır avtomobil qəzalarından danışıb.

Qlobal.net xəbər verir ki, müğənni dəfələrlə ölümlə üz-üzə gəldiyini bildirib.

Müğənni düz üç dəfə ağır qəza keçirdiyi sözlərinə əlavə edib. Əlikram qəzaya düşdüyü avtomobilin xurd-xəşil olduğunu qeyd edib:

"Ölümdən qayıtdım. 6 ay bir dəfə yerdə yatdım, 2 ay bir dəfə, 4 ay da bir dəfə. Çox böyük qəzalar keçirmişəm. Mən ölümdən qayıtmışam. Ansambulda udarnikçalanın boynu sındı, 8 ay xəstəxanada yatdı. O toy bərbad oldu, hər şey... O anları yaşamışam, indi də gözümün önünə gəlir". (parol.az)

Əlikram Bayramov: “Mənzurə, 50 dəfə sənə elçi göndərdim” - Oxu.az

 

03.02.2025 08:07
show 526