64d4a931e2f36202308230905
Məşhur müğənni qəzaya düşdü - FOTOLAR

Türkiyənin tanınmış müğənnisi Tan Taşçı qəzaya düşüb. 

Qlobal.net xəbər verir ki, Antalyada baş verən yol qəzasında müğənni Tan Taşçı və onunla birlikdə olan 2 nəfər, meneceri Ecmal Kayahan və Mehmet Emre xəsarət alıb. 

Qəzanı görənlərin xəbəri ilə bölgəyə polis, təcili yardım və xilasetmə qrupları cəlb edilib. Yaralılar təcili yardımla xəstəxanaya aparılıblar.

Məlumata görə, onların həyati təhlükəsi yoxdur. 

 

 




10.08.2023 13:08
show 1095