Dünya
Məşhur müğənni həyat yoldaşını hamamda başqasıyla tutdu – Bu da görüntülər

Müğənni Katie Price həyat yoldaşı Kieran Haylerin ona sədaqətsizlik etməsi xəbəri ilə çətin günlər yaşayır.
Qlobal.net xarici KİV-lərə istinadla bildirir ki, həm pərəstişkarları, həm də yaxın çevrəsi məşhur sənətçini boşanmağa çağırsa da, Katie Price hələlik bu məsələdə heç bir açıqlama vermir və susqunluğunu qoruyur.
2013-cü ildə ailə quran cütlük haqqında yayılan iddialara görə, Kieran Hayler onların evində çalışan qulluqçu Nikki Brown ilə hamamda münasibət yaşayıb. Dünən axşam məşhur cütlük bir məkan çıxışında paparazzilər tərəfindən görüntülənib.
Katie Price həmin anda mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Fidan Məmmədli
Qlobal.net



