Tanınmış meyxanaçı Balabəy Sumqayıt çimərliyində xilasedici kimi çalışıb.
Qlobal.net titul.az-a istinadən xəbər verir ki, bu barədə o özü məlumat verib.
Balabəy bir gün Xəzərin sahilində işdə olarkən başına gələn ilginc hadisədən danışıb.
O bildirib ki, hava olduqca küləkli idi. Ona "raçiya" ilə məlumat verilib ki, heç kimi dənizə buraxmasın, təhlükəlidir. Balabəy qeyd edib ki, bunun üzərindən bir qədər keçmişdi ki, görüb üç uşaq Xəzərin sahili ilə ona tərəf gəlirlər:
"Azyaşlı idilər. Dedilər ki, "əmi burada çimək də, 10 dəqiqə çimək, gedək". Onlar da hiss olunurdu ki, evdən icazəsiz gəliblər.
Dedim yaxşı, burada çimin, amma uzağa getməyin. Mən də orada dayanmışam. Gördüm bunları dalğa aparır. And ola Allaha, mən dənizin içindən o gözün danışmağı var e, onu uşaqda gördüm. Gözləri ilə deyirdi ki, məni xilas et".
Meyxanaçı üç azyaşlını güclü dalğanın əlindən xilas etməyin çətin olduğunu anlasa da, onları xilas etmək üçün üzərindəki iplə ikisini boğulmaqdan qurtarmağı bacardığını bildirib. Balabəy digər uşağın isə həmin vaxt sahildə olan bir başqa şəxs tərəinfdən xilas edildiyini deyib.