Məşhur iş adamı malikanəsində ölü tapıldı – FOTO

Türkiyəli iş adamı İbrahim Umur Akal Bebekdəki malikanəsində ölü halda tapılıb.

Qlobal.net xəbər verir ki, Akalın cəsədini qulluqçusu aşkar edib. Qulluqçu onun hərəkətsiz olduğunu görərək, dərhal vəziyyəti aidiyyəti orqanlara bildirib.

Hadisə yerinə gələn polis əməkdaşları araşdırmalara başlayıb. İlkin məlumata görə, iş adamı son vaxtlar sağlamlıq problemləri yaşayır və müalicə alırdı.

İstanbul Respublika Baş Prokurorluğu məsələ ilə bağlı şübhəli ölüm istintaqı başladıb. Akalın meyiti dəqiq ölüm səbəbinin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.

Ədliyyə Tibb Qurumunun aparacağı araşdırmaların nəticələrinə əsasən, Akalın ölüm səbəbi tam aydın olacaq. Hazırda istintaq çoxşaxəli şəkildə davam etdirilir.

1252417 Məşhur iş adamı malikanəsində ölü tapıldı - FOTO

Related Articles

Bir cavab yazın

Back to top button