Məşhur diktordan aparıcılara SƏRT REAKSİYA: “Özlərini açıb qoyublar ortalığa”
“Baxırsan nə savadları var, nə ədəb-ərkanı…”Qlobal.net xəbər verir ki, bunu aparıcılarla bağlı sərt tənqidi fikirlərini ifadə edərkən məşhur diktor
Xalidə Gözəl Yenicag.az-a açıqlamasında deyib.
Diktor onlara nəzarət olunmadığını təəssüf hissi ilə bildirib: "Azərbaycan
telekanallarına baxa bilmirəm, çünki əsəbiləşirəm. Nə normal aparıcı,
nə diktor var. Baxırsan, aparıcı danışır, amma nə savadı, nə də
diksiyası var. "Akademiya" ilə "akademik" sözünün fərqini bilmir, efirdə
akademiyaya akademik, akademikə də akademiya deyir. Çünki məlumatsız və
savadsızdır”.
Məşhur diktor aparıcıların efir davranışları və geyimlərini də sərt tənqid atəşinə tutub: “Bir
çoxunun etik normalardan da xəbərlərii yoxdur, davranışlarına fikir
vermirlər. Aparıcı ilə müsahib arasında məsafə saxlanmalı olduğu halda,
qonaqla danışanda ağzına girirlər.
Hələ geyimlərini demirəm,
özlərini açıb qoyublar ortalığa. Olmaz belə, ayıbdır. Buna televiziya
rəhbəri nəzarət etməlidir. Bizim dövrümüzdə belə şeylər yox idi. Bir
dəfə koftamın üstündən muncuq taxıb efirə çıxmışdım. Heç qızıl da
deyildi. Verilişdən sonra aləm bir-birinə dəydi. Televiziyanın sədri
məsələmi iclasa çıxardı. Müzakirəyə qoydular ki, diktor efirə muncuq
taxaraq çıxıb, qaydaları pozub. İndi kim nə istəyir, necə istəyir
geyinir, necə istəyir efirdə o cür də davranış nümayiş etdirir. Çünki
onlara heç kim heç nə demir”.