Tanınmış bloger Səbuhi Xanlarov həbs olunub.
Qlobal.net bildirir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, bloger İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən məhkəmənin qərarı ilə 15 sutka müddətinə həbs olunub.
Faktı DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Manset.az-a təsdiq edib.