Aparıcı Arzu Kəlbi Baku TV-nin efirində maraqlı bir hadisəni tamaşaçılarla bölüşüb.
Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, xanım aparıcı 44 günlük Vətən müharibəsində ağır yaralanaraq ayaqlarını itirən qazinin yaşayış vəziyyəti, onun heç zaman evinin olmaması ilə bağlı hazırladığı süjetdən sonra axşam vaxtı tanımadığı bir nömrədən ona zəng gəlib.
Arzu 12-yə qalmış gələn zəngə cavab verəndə ona Qod Nisanovun köməkçisi olduğunu bildirib: "Dedi Qod Nisanov həmin qazini evlə təmin etmək istəyir. Sadəcə sizdən soruşur ki, o qazi harda istəyir evi, neçənci mərtəbədə istəyir, neçə kvadrat istəyir.
Qazinin adı Rüstəm idi. İnanın ki, Rüstəm necə arzu etmişdisə, o evi Qod Nisanov ona hədiyyə etdi".