Müğənni Nazənin Salayeva Azərbaycanı tərk edib.
Milli.Az-ın əldə etdiyi məlumata görə, müğənni iki gün əvvəl Bakıda hava limanında yüklə görüntülənib. Onun Türkiyəyə yollandığı bildirilir.
Plastik əməliyyatdan sonra çox da ictimaiyyət arasında görüntülənməyən Nazəninin məlum olmayan səbəblərə görə bir neçə günlüyünə ölkə xaricinə yollandığı güman edilir.
Bu, müğənninin növbəti plastik əməliyyat üçün bu dəfə ölkə xaricini seçdiyi iddialarını da ortaya atmış olur.