6572b9352e521202312233533
Məşhur azərbaycanlı aktyor xəstəxanaya yerləşdirildi - FOTO

Aktyor və müğənni Sərxan Kərəmoğlu səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.

Qlobal.net bizim.media xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada bildirib.

Sərxan virusa yoluxduğunu və özünü piss hiss etdiyini vurğulayıb: 

"Çox pis virus yayılıb. Bu xəstəlik yalnız qızılça deyil. 3 gündür ki, canımla əlləşirəm. Səhhətimlə bağlı müəyyən şübhələrim vardı. Həkimlər məni o şübhələrimdən uzaqlaşdırdı. Mənə 3 gündür ki, müxtəlif "sistemlər" köçürülür. Bu müalicə isə mütləq şəkildə həkim nəzarətində olmalıdır. Əgər xəstələnmisinizsə, ağzınıza gələn müalicələr etməyin. Həkim nəzarətində olmalısınız. O bilməlidir ki, hansı mayə sizin orqanizminizə yeridilməlidir". 

08.12.2023 10:34
show 1973