Türkiyənin tanınmış jurnalisti və televiziya aparıcısı İsmail Küçükkayanın 75 yaşlı anası Halise Küçükkaya dənizdə boğularaq ölüb.
Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Antalyada baş verib.
Məlumata görə, Halise Küçükkaya tətil üçün getdiyi hotelin sahilində çimərkən birdən-birə çırpınmağa başlayıb. Hotelin xilasedicisi dərhal onu sahilə çıxarıb. Həkimlərin müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Aparılan ekspertiziyalar zamanı Halise Küçükkayanın infarkt keçirərək boğulduğu müəyyən edilib.