Tanınmış aparıcı və aktrisa Zümrüd Qasımova həyat yoldaşı ilə ayrılıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, tərəflər Zeynalova Zümrüd Bəxtiyar qızı və Zeynalov Nazim Zakir oğlu boşanmaq üçün ədliyyə orqanlarına ərizə ilə müraciət ediblər.
Tərəflərin qarşılıqlı razılığı ilə onların birgə nikahına 5 saylı Bakı “Asan Xidmət” mərkəzində son qoyulub.
Onlara nikahın pozulması haqqında şəhadətnamə təqdim olunub.
Qeyd edək ki, Z.Qasımovanın keçmiş həyat yoldaşı N.Zeynalov hüquq mühafizə orqanlarında yüksək vəzifədə çalışır.