65a91118038e3202401245256
Məşhur aparıcı Azərbaycanı tərk etdi - VİDEO

Aparıcı Xədicə Sənanqızı AzTV kanalındakı fəaliyyətinə son qoyub.

Qlobal.net Axşam.az-a istinadən xəbər verir ki, işdən çıxan aparıcı Azərbaycanı tərk edib. O, bir müddətdir ki, Türkiyədədir.

İstanbula yollanan X.Sənanqızı orada dincəlir. Aparıcı gəzinti görüntülərini izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, o, "Günə davam" proqramına aparıcılıq edirdi. Yanvarın ilk günündən etibarən Xədicə proqramda yer almayıb. Verilişi onun yerinə Nübar Əbil aparır.

18.01.2024 15:50
show 2284