Şou-biznes
Məşhur aktyordan biabırçı etiraf: “Dərs dediyim müddətdə tələbə qızlarla…”

Amerikalı aktyor Ceyms Franko təşkil etdiyi aktyor məktəbində tələbələrlə cinsi əlaqədə olduğunu etiraf edib.
O, bu barədə SiriusXM radio şirkətinə müsahibəsində danışıb. Franko qadınlar arasında rəğbət qazandığını, tələbələri ilə yatdığını deyib.
“Dərs dediyim müddətdə tələbə qızlarla yatmışam və bu, səhv idi” deyib. Aktyorun sözlərinə görə, belə əlaqələr qarşılıqlı razılaşma əsasında olub.
O, həmçinin qeyd edib ki, dərsləri intim səhnələrdən deyil, personajlar arasında romantik münasibətin necə göstərilməsindən gedib.



