67ac59838bf01202502251915

Məşhur aktrista ölümlə üzləşdi - Az qalmışdı ki...

Yeşilçamın ustad aktrisalarından Hülya Koçyiğit Londonda ölümdən qayıdıb.

 Gəzdiyi alış-veriş mərkəzində yerə yıxılıb başını vurduqdan sonra Koçyiğit təcili yardımın gəlməsini 2 saat gözləyib. Qızı və nəvələrini məyus etməmək üçün başına gələnləri gizlədən bu usta aktrisa, həyat yoldaşı Selim Soydanın dəstəyi ilə ayağa qalxıb.
Qlobal.net bildirir ki,  aktrisa “Yatdığım yerdə tam 2 saat təcili yardımın gəlməsini gözlədim. Türkiyədə olsa, 5 dəqiqə içində ən yaxın təcili yardım dərhal gələr və yaralı şəxsi xəstəxanaya çatdırardı", deyib.

Başında böyük bir şiş yaran Koçyiğitin beyin qanaması keçirdiyindən qorxulmuşdu. Lakin edilən müayinələr nəticəsində həyati bir təhlükənin olmadığı anlaşılıb. 

Səbinə
Qlobal.net
12.02.2025 14:30
show 61