64a0054d53d9d202307235157
Məşhur aktrisa Zaqatalada torpaq sahəsi SATIR - VİDEO
Əməkdar artist Xuraman Əlizadə şəxsi torpağını satışa çıxarıb.
Qlobal.net xəbər verir ki, bu haqda aktrisa sosial şəbəkə hesabında açdığı canlı yayımda məlumat verib.
Xuraman satışa çıxartdığı torpaq sahəsinin Zaqatalada olduğunu vurğulayıb: "Mənə məxsus Zaqatala rayonunun Üçüncu Tala kəndində 50 sot torpağ satıram. Orada 85 fındıq ağacı mövcuddur. Onların hamısı bar verir. Torpaq sahəmin sənədi də var. Həmin ərazini isə 15 min manata satıram. İllər əvvəl həmin torpaq sahəsini bir ailəvi dostumuza güvəndim aldım. Sən demə onlara güvənib almaq lazım deyil imiş. Satmaq qərarına gəlmişəm ki, bizi Zaqatalaya bağlayan heç bir şey yoxdur. Həmin ərazidə ev yoxdur yalnız fındıq ağacları var".
01.07.2023 14:51
show 439