Aktrisa Akasya Asıltürkmənnin Ekol TV-də yayımlanan “Balçiçek ile Bu Gece” proqramında evliliklə bağlı fikirləri sosial mediada geniş müzakirəyə səbəb olub.
Qlobal.net yerli mətbuata istinadla xəbər verir ki, proqramda “Tək yatmaq daha rahatdır, yoxsa həyat yoldaşı ilə?” mövzusu müzakirə olunarkən Akasya Asıltürkmən “Bir kişi ilə daim eyni yatağa girmək məcburiyyətində olmaq istəmirəm” deyərək evlilik haqqındakı fikrini bölüşüb.
Bu sözlərə təəccübünü gizlədə bilməyən aparıcı Balçiçek İlter “Niyə məcbur olasan?” deyə soruşub. Aktrisa “Çünki eyni yataqdır. Artıq evlisən, o yataqda yatırsan. Bir dənə otaq var. Sənin 7/24 hər şeyini görən bir kişi ilə məhrəmiyyət qalmır” cavabını verib.
Qlobal.net
Səbinə