Məscidin mühafizəçisi qızın "içindən cin çıxardı" - ŞOK Video

Məscidin mühafizəçisi qızın "içindən cin çıxardı" - ŞOK Video

Sosial şəbəkələrdə özünü “şəfaçı” adlandıran Keykuat Ospanovun doqquz yaşlı qızdan “cin çıxardığını” əks etdirən video yayılıb.

Qlobal.net bildirir ki, hadisə Qazaxıstanda baş verib.

Video qazaxıstanlıları qəzəbləndirib.

İddialara görə, uşağın bədəninə “min illərdir yaşayan” 19 yaşlı Lyazzat adlı qızın ruhu daxil olub. Qızın “şəfa verənin” suallarını cavablandırarkən ağladığını görmək olar. Keykuat Ospanov “cin cin çıxarma ayinini” yerinə yetirərkən qızı bağlayıb. Uşağın anası Osanov haqqında sosial şəbəkədə xəbər tutandan sonra özü ilə əlaqə saxladığını bildirib. Təyin olunan gün “şəfaçı”nın evinin qarşısında 200-dən çox insan növbəsi yaranıb.

“Qızım üçün narahat idim. O, özünü qəribə aparır, uşaqlara xas olmayan işlər görürdü. Keykuat ağa dualar oxudu, zorakılıq olmadı. Mən onun cinləri qovduğunu gördüm. "Bizə belə insanlar lazımdır" deyib qızın anası.

Lakin məlum olub ki, Keykuat əvvəllər Atırau şəhərinin mərkəzi məscidində mühafizəçi işləyib.

“2009-cu ildə Keykuat Ospanov müvəqqəti olaraq Atırau mərkəzi məscidində (təxminən iki aya yaxın) mühafizəçi işləyib. “Onun Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi ilə heç vaxt əlaqəsi olmayıb və bizdən heç bir təyinat almayıb”, - Atırau vilayətinin baş imamı Altınbek Utısxanov deyib.

Polis Osanovla danışıb. O, qızı xatırlamadığını, lakin gələcəkdə hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Araşdırma aparılır.



Fidan
Qlobal.net
09.01.2025 16:40
show 347