63fdd5a8b839d202302232128

Mərhum nazirin oğlu yeni işə başlayıb - Mina axtarır

Sabiq gənclər və idman naziri Azad Rəhimovun oğlu işğaldan azad olunmuş ərazilərdə minaaxtarma əməliyyatları üzrə fəaliyyət göstərən şirkətdə çalışır.

APA xəbər verir ki, Arif Rəhimov Ağdamda minaaxtarma əməliyyatları həyata keçirən "Safe Point" şirkətinin təsisçilərindəndir.

Hazırda şirkət Ağdamda bir neçə strateji ərazidə minaxtarma əməliyyatlarını həyata keçirir.

Qeyd edək ki, "Safe Point" şirkəti 2022-ci ildə təsis edilib.

28.02.2023 14:20
show 1086