“Mercedes-AMG”yə rəhbərliyi o edəcək

“Mercedes-Benz” avtomobil şirkəti rəsmi olaraq yeni təyinatını elan edib.
Konsernin “Mercedes-AMG” bölməsinə ” Porsche Taycan” layihəsinə rəhbərlik edən və elektrikli “Porsche Cayenne”in yaradılmasında fəal iştirak edən menecer Ştefan Vekbax rəhbərlik edəcək.
Məlumata görə, Vekbax vəzifəsinin icrasına gələn il iyulun 1-də başlayacaq.
O, “Porsche”də elektrik nəqliyyat vasitələri üzrə vitse-prezidenti və direktor vəzifələrini tutub.
Vekbax elektrik nəqliyyat vasitələri sahəsini fəal şəkildə araşdıran “Mercedes-AMG” bölməsinə rəhbərlik edəcək. AMG-dən əlavə, ona “Mercedes-Benz” model xəttinin ən bahalı və nüfuzlu hissəsi olan “Top End Vehicles” həvalə ediləcək. Buraya adətən “Maybach”, “G-Class” və eksklüziv məhdud sayda istehsal olunmuş modellər daxildir./oxu.az



