25.09.2021
17:57
103

Mərakeş tarixində bir ilk

Loading...

Mərakeşdə paytaxt Rabat daxil olmaqla, üç böyük şəhərdə bələdiyyə seçkilərində qadınlar qalib gəlib.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu vəziyyət ölkə tarixində ilkdir.

Sentyabrın 8-də keçirilən seçkilərin nəticələrinə əsasən, Rabat bələdiyyə sədri vəzifəsinə Əsma Qalulu seçilib.

Nəbilə ər-Ramili Kasablanka, Fatimə əz-Zəhra əl-Mənsuri Mərakeş bələdiyyə sədri seçiliblər.

Bununla ölkə tarixində ilk dəfə üç böyük şəhərin bələdiyyə sədrliyi vəzifələrinə qadın namizədlər seçilmiş olub.


Loading...