Mənzurə özündən 7 yaş kiçik bəylə ailə qurur – Görün kimdir

“Ərə gedəcəyim oğlan məndən 7 yaş kiçikdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Mənzurə Musayeva iki aydan sonra ailə quracağı bəydən danışarkən deyib.
Müğənni onun əvvəllər evli olduğunu bildirib:
“Bu onun ikinci evliliyi olacaq. Ailəsi olub, ayrılıb. Məndən xoşu gəlib, evlilik təklifi etdi, mən də razılaşdım. Evlilik həyatı ilə bağlı bəzi şərtlərim var. Onları bəyin qarşısında səsləndirmişəm. Əgər mənim şərtlərimlə razı olsa, məhərrəmlik ayı bitən kimi toy olacaq”.
“Toydan sonra harada yaşayacaqsınız? Sizin evinizdə, yoxsa bəyin” sualına Mənzurə Musayeva belə cavab verdi:
“Oğlanın evində. Onun 7-8 yerdə evi var. Mənim evimə qalıb? Onlardan ən yaxşısını seçib orada yaşayacağıq. Evlənəcəyim müğənni oğlan çox imkanlıdır”.