Müğənni Səidə Sultan toyunun saxta olması ilə bağlı yayılan iddialara “İncə səhər” verilişində cavab verib.
Qlobal.net xəbər verir ki, o, sərt, amma özünəxas tərzdə münasibət bildirib:
“İnsanları qınamıram, çünki müğənnilərin ərlərini reklam etmələrinə, hamının gözünə soxmalarına o qədər öyrəşiblər ki. Özünü reklam etməyən kişilər əsl kişilərdir. Güzgüdə özlərini çəkənlər özləri bilərlər. Amma mənim üçün kişi özünü reklam etməyəndir. Niyyətin hara, mənzilin ora. Allah məni niyyətimə çatdırdı. Bir də mənim heç kimə borcum yoxdur ki, kiməsə ərimi sübut edim. Hamının ərini gördünüz, mənimkini görməsəniz də olar. Əsas odur ki, var. Tanıyan insanlar da bilirlər”.
Səidənin bu açıqlaması sosial mediada maraqlı müzakirələrə səbəb olub.