"Boş vaxtlarımda mənim kimi avara dünyada yoxdur. Bura o qədər məsuliyyətlidir ki, mən o qədər məsuliyyət daşıyıram ki..."
Qlobal.net xəbər verir ki, bu sözləri "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı, Xalq artisti Alim Qasımov deyib.
"Mən sabah konsert verəcəmsə, indidən dərd-bəlaya düşürəm. Konsert bitdikdə o qədər həyəcanlı, məsuliyyətli anlar yaşadıqdan sonra baxırsan, 2-3 gün azadsan, uşaqdan da uşaq olursan. O azadlığı dəhşət yaşamaq istəyirsən", - deyə o bildirib.