Müğənni Sevda Sanaliyeva xoşagəlməz hadisə ilə qarşılaşıb.
Qlobal.net xəbər verir ki, sənətçi bu barədə "Instagram"da paylaşım edib.
Sanaliyeva bildirib ki, artıq bir müddətdir naməlum şəxs tərəfindən yaşadığı binanın ətrafında davamlı olaraq izlənildiyini hiss edir.
"Sözün əsl mənasında qapımda "manyak" yatır. Eyvana çıxa bilmirəm, eyvanın altında dayanır. Bloka girə bilmirəm, qaranlıq tərəfdən birdən-birə qarşıma çıxıb, məni qorxudur. Gördüyünüz bu maşınla hər gün eyvanımın altında dayanır. Hara gedirəmsə, bu şəxs məni izləyib, arxamca gəlir və məni izləyir. Uzun müddətdir ki, həyatımı belə yaşayıram".
Müğənni yaşadığı binanın avtodayanacağında nəzarət kamerası tərəfindən gecə saat 01:00 radələrində qeydə alınan görüntüləri də paylaşıb.
Həmin görüntüləri təqdim edirik.
(metbuat.az)