Cəmiyyət

Mənə yaxınlaşdılar və dedilər ki, sən müqavilə imzalamalısan və müharibəyə getməlisən – Rusiyada saxlanılan azərbaycanlı

Yekaterinburqda OMON-un saxladığı və sonradan sərbəst buraxdığı azərbaycanlı Vüqar Səfərov başlarına gələnlərdən danışıb:

“Əvvəlcə qapını açmadım. Ancaq gördüm ki, qapını qırırlar, mən özüm açdım. Hər kəs maskada idi. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları idilər. Evdə də iki uşaq vardı. Bizi heç nə soruşmadan döydülər. Evi ələk-vələk axtardılar və bir saat ərzində bizi döydülər. Başımızı yerə çırpırdılar. Oturacaqları başımıza vururdular”

🔴”Maşınlar çox çirkli idi, bizi uzatdılar və “bu palçığı ye” dedilər. Təcridxanada isə bizi təhqir etdilər, başımıza vururdular, bizə elektrik cərəyanı ilə işgəncə verirdilər. Sonra isə “Что нравится, Чуркa” deyə təhqir etdilər. “Buraya niyə gəlmisiniz?” kimi ifadə işlətdilər”.

🔴”Atam ürəyində stend olduğunu desə də, ancaq bunu bilə-bilə bədənin həmin hissəsinə elektrik cərəyanı ilə işgəncə verirdilər. Onu 10 saat döydülər və sonda “ölürəm” deyə qışqırdı, nəticədə təcili tibbi yardım çağırdılar. Atamı xəstəxanaya aparanda mənə “Oğul hər şeyi mənim üzərimə atmaq istəyirlər. Bütün qabırğalarım qırılıb”

🔴”Mənə yaxınlaşdılar və dedilər ki, sən müqavilə imzalamalısan və müharibəyə getməlisən. Mən bilmədim nə edim və dedim ki, 30 min rubl məbləğində humanitar yardım etmişəm. Mənə “niyə belə az” dedilər və yenidən döyməyə başladılar. Atam da onlardan razılaşacağı təqdirdə oğlunu buraxacaqlarını deyə soruşdu. Onlar da “bəli” cavabını verdilər. Axşam saatlarında Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınski və vəkil oğlu təcridxanaya gəldilər, qardaşımla məni buraxdırdılar”

Related Articles

Bir cavab yazın

Back to top button