65b1232dbb3a1202401244813
Mənə o sualı versəniz verilişi TƏRK EDƏCƏM - Üçüncü dəfə evlənən Rəvan ŞƏRT QOYDU - VİDEO

Müğənni Rəvan Qarayev onu verilişində görmək istəyən aparıcılara şərt qoyub.

Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, müğənni ARB-nin efirindən bütün aparıcılara səslənərək bildirib ki, onun şəxsi həyatı ilə hər hansı bir sual verilərsə, həmin dəqiqə efiri tərk edəcək.

Xatırladaq ki, R.Qarayev indiyə kimi iki dəfə ailəli olub. Onun ilk evlilikdən 15 yaşında Ayan adlı qızı var. Eyni zamanda müğənninin Günay Rəhimova adlı xanımla ikinci evliliyi beş il çəkib və bu nikahdan onların 10 yaşlı Xalidə adlı qız övladları var.

Qeyd edək ki, indi isə Rəvan ixtisasca həkim olan xanımla üçüncü dəfə izdivac qurub.                                                                                                                                                                                                                                             

24.01.2024 18:47
show 1950