“Mənə dedi ki, hamamda oxuyacaqsan” - Roza Zərgərli
Roza “Tam vaxtıdır” verilişində bildirib ki, keçmiş müəlliməsi ona müğənni ola bilməyəcəyini deyib:
“Bir
müəlliməm var idi. Gənc opera ifaçısı ilə həmin müəllimin yanına
hazırlığa gedirik. Oğlanla bir-birimizi sevirdik. Müəllimə əvvəllər məni
təriflədi. Sonra bildi ki, oğlanla bir-birimizi sevirik, mənə qarşı
dəyişdi. Mahnı oxuyurdum, dedi ki, dayan, sən oxuya bilmirsən və heç
vaxt oxuyan olmayacaqsan. Sən ərə getsən, uşaqların üçün hamamda
oxuyacaqsan. Oradan çıxdım, evə qədər piyada gəldim. Amma sonra məni
xalq artisti Azər Zeynalov, əməkdar artist Teymur Əmrah yoxladı, dedilər
ki, mükəmməl oxuyur. Və mən konservatoriyaya qəbul oldum”.