Mən tək savaşdım – Səidə Bəkirqızı

Son günlər məcburi köçkünlərlə bağlı işlətdiyi ifadələrlə gündəmə gələn aparıcı Səidə Bəkirqızı yeni işə başladığı “Space” TV-dən ayrıldığını və jurnalist fəaliyyətinə son qoyduğunu bəyan edib.
Qlobal.net xəbər verir ki, aparıcı “Tarixin bir günü” verilişində qonaq olub.
Aparıcı Tolik Əliyev son vaxtlar S. Bəkirqızına qarşı aparılan təbliğatı tənqid edib və onun müdafiəsinə qalxıb.
S.Bəkirqızı verilişdə deyib: “Üzərimə bir ordu gəldi, mən tək savaşdım. Mənə dəstək videoları paylaşan insanlar da o videoları sildi. Amma mən qadın olaraq dediyim sözün sona qədər ardındayam. El üçün yananı linç etmişik həmişə. Ona görə ağlayıram ki, mən bu cəmiyyət üçünmü savaşmışam.Mənim ümumi işlətdiyim tək bir fikir olub. Ən kasıb məcburi köçkünün iki yerdə evi var. Burda təhqir yoxdu.”