Cəmiyyət

“Mən sonsuzam” deyən Əsədullayevin gənc hamilə arvadını kim öldürüb? – DƏHŞƏTLİ DETALLAR

İndi söz açacağımız qətl xüsusi amansızlığı və bir az da qəribəliyi ilə diqqət çəkir…

Hadisə Səbail rayonunda, indiki Şəhidlər Xiyabanının yaxınlığındakı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində baş verir. Əvvəlcə yanğınsöndürənlərə məlumat verilir ki, binada yanğın var. Onlar hadisə yerinə gedəndə tüstülənən otaqda qəddarlıqla öldürülmüş qadın meyöti aşkarlayırlar.

Rayon prokuororu Şamil Məmmədov və müstəntiq Oqtay Qasımov hadisə yerinə yollanır…

Yanğınsöndürənlərin sözlərinə görə, onlar bağlı qapını qıraraq üçotaqlı evə daxil olanda otaqların birində tüstüləyən kişi idman şalvarı, mələfə və kişi corabları var. Yataq otağında isə bədənindən və başının bir neçə yerindən kəsici alətlə zərbə almış qadın meyiti.

Yanğınsöndürənlər onu da əlavə edib ki, qapı, pəncərə bağlı olduğuna görə otaqda oksigen çatışmazlığı olub və buna görə də törədilmiş yanğın alışa bilməyib, tüstülənərək öləzəyib. Paltarların üstünə tökülmüş alışdıcı maye də alovlanmayıb.

Davamı videoda:

Related Articles

Bir cavab yazın

Back to top button