mətanət

Mətanət ərinə zəng etdi, yoldaşının səsinin eşidildiyini biləndə əsəbiləşdi - VİDEO

“Mən ərimi efirlərə gətirmirəm”.

Qlobal.net olay-a istinadla xəbər verir ki, bunu Mətanət Əsədova “Bir gün” verilişində deyib.

O bildirib: “Mətanətin etalon səsi və sənəti var. Bundan danışın. Ərim məni daşıyası bir kişidir. Bununla da söhbəti bağlayıram. Nə o icazə verir, nə də ki mən xoşlayıram bu mövzu haqqında danışmağı. İstəsəm, məndə ona, o da mənə 5 dəfə zəng edər. Ərim tanınan şəxsdir”.

Aparıcı Yalçın Uğur Mətanətdən ərinə zəng etməyi xahiş edib. Əsədova əri ilə telefonla əlaqə yaradandan sonra onun səsinin sinəsində taxılı olan mikrofondan eşidildiyinin fərqinə varıb. Bu anda telefonu qulağından uzaqlaşdıran müğənni aparıcıdan çəkilişi dayandırmağı və bu anların efirə getməməsini istəyib. Lakin aparıcı ifaçının bu istəyinin qəbul etməyib.


18.11.2024 09:34
show 91