Mən ərimə “mama”, “ana” deyirəm – Ofeliyadan ŞOK SÖZLƏR

“Həyat yoldaşım mənim üçün yerdəki Allahdır, Allahdan sonra həyat yoldaşım. Allahdan sonra ona baş əyirəm”.
Qlobal.net xəbər verir ki, bunu lant.az-a müğənni Ofeliya Şabanova deyib.
O bildirib ki, yoldaşına görə hər kəsi silib ata, hamının üstündən xətt çəkə bilər:
“Ətrafımızda olan hər kəs bilir, mən ərimə mama, ana deyirəm. Birdən yadımdan çıxır, adam arasında da deyirəm, deyir camaat eşidir nə edirsən? Çünki anamı çox istəmişəm. O da mənə evlənəndən sonra ana qayğısını hiss etdirib, hər şeyim olub. Yoldaşım kömək etdi, Bülbül adına orta ixtisas məktəbini bitirdim, amma sonra Pedaqoji Universitetə daxil oldum. İlk ustadım da həyat yoldaşım olub. Oxumasa da, musiqini məndən yaxşı bilir”.
Müğənninin sözlərinə görə, yoldaşı 2 il oxumağına icazə vermədi:
“Amma elə bərk xəstələndim ki, həkimə aparmalı oldu. Depressiyaya düşmüşdüm. Dedi bu qızın səsini əlindən almısan, qoy oxusun düzələcək. Başladım yenidən oxumağa və hər şey keçdi getdi. Anamdan sonra həyatımda ən çox rol oynayan insan o olub. Bu yaxınlarda bir ağır xəstəlikdən keçdim. Düzdür, media yazdı ki, məndə xərçəng tapılıb, Allaha şükür xoş xassəli şiş oldu, bəd deyilmiş. Düşmənlərim elə bildi, öləcəm, amma ölmədim, əfsanə geri döndü. Xəstələnəndə gördüm ki, bu həyatda dost, yoldaş, bacı, qardaş hamısı özünədir. Elə bildilər öləcəm, maraqlanan olmadı, sağalandan sonra yazanlar mənə lazım deyil”.