“Mən də şəhid ailəsiyəm, amma heç vaxt yardım istəməmişik“ - Təranə Qumral
"Mən də şəhid ailəsiyəm, amma buna görə heç vaxt yardım istəməmişik".Bunu Yenisabah.az-a açıqlamasında müğənni Təranə Qumral deyib.
O,
müharibə dövründə və atəşkəsin pozulması dönəmində bəzi şou
nümayəndələrinin hərbi geyimlə şəkillər çəkdirməsinə etirazını bildirib.
Müğənninin sözlərinə görə, bu cür vətənpərvərliyin simvolu sayılmır: "Şou
nümayəndələri öz işiylə məşğul olsa, yaxşı olar. Hərbi geyimdə, əlində
avtomat, tankın üstündə şəkil çəkdirməklə heç kəs vətənpərvər olmur.
Belə addımlar vətənpərvərliyim simvolu deyil. Vətənpərvərlik insanın
qanında, canında olmalıdır. Bununla kimsə şəhid ailələrinə, qazilərə
dəstək olacağını düşünürsə, səhv edir.
Qonşudan
bişən yeməklə heç kəsin qarnı doymur. Vətənpərvər kişi şou
nümayəndələri cəbhədə döyüşər, qadınlar da həmin ailələrə maddi yardım
göstərər.
Mən
də şəhid ailəsiyəm, amma buna görə heç vaxt yardım istəməmişik. Bizim
ailədə belə şeylər olmayıb. Allah şəhidlərimizə rəhmət eləsin!"