Mələkxanım Əyyubovadan Alim Qasımova ŞOK SÜRPRİZ - VİDEO
Xalq artisti, xanəndə Mələkxanım Əyyubovanın 60 illik yubileyi keçirilib.
Qlobal.net xəbər verir ki, mərasimdə ən çox diqqət çəkən məqam Xalq
artisti, xanəndə Alim Qasımovun təbriki olub. Xanəndə bu günə kimi heç
bir yerdə oxumadığı dahi Üzeyir Hacıbəyovun "Leyli və Məcnun”
operasından Məcnunun obrazını ifa edib.
Onu zalda "Məcnun”un rolunda görən Mələkxanım Əyyubova "Leyli”
obrazından bir parça oxuyub. Bu duet tamaşaçılar tərəfindən alqışla
qarşılanıb.
Xalq artisti Mələkxanım Əyyubova Qaynarinfo-ya açıqlamasında
bildirib ki, bu duet bədahətən alınıb: "Operanı Alim müəllimlə oxumuşam.
Amma bu duet mənim yubileyimdə proqrama salınmayıb, bədahətən alınıb.
Biz bunu rejissorla Alim müəllimə sürpiz etdik. Düşündük ki, gecədə Alim
müəllimə söz verərik və mən həmin anda "Leyli” obrazından bir parca
oxuyaram. Yəqin həmin anda Alim müəllim də "Məcnun” obrazı ilə qarşılıq
verər. Əgər biz bunu ona desəydik, razı olmayacaqdı. Bədahətən oxundu və
çox gözəl alındı”.