644b50d2483a1202304235130

Mələkxanım Eyubovanın gəlininin vəziyyəti ağırdır

Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət Nəcəfovanın səhhəti pisləşib.

OLAY yazır ki, bu barədə sənətçinin böyük oğlu Cəfər Nəcəfov məlumat yayıb: “Yoldaşımda böyrək çatışmazlığı yaranıb. Həyati təhlükəsi var. Heç bir təcili yardım qəbul etmir”.

Cəfər daha sonra xəstəxana tapdıqlarını deyib: “Mərkəzi Gömrük Hospitalı qəbul etdi. 2+ qan lazımdır".

Qeyd edək ki, cütlüyün iki qızı var.

28.04.2023 08:56
show 4689