644cc2602c5b9202304230816

Mələkxanım Eyubovanın gəlininin SON DURUMU: "Hər şeyə hazır olun"

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət Nəcəfovanın səhhəti pisləşib. 

Qlobal.net metbuat.az-a istinadla xəbər verir ki, xanəndənin oğlu Cəfər Nəcəfov böyrək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilən həyat yoldaşında son durumu ilə bağlı sosial şəbəkədə paylaşım edib: "Vəziyyəti ilə maraqlanan, fiziki və ya mənəvi yanımda olduğunu hiss etdirən hər kəsə dərin təşəkkürümü bildirirəm. Məlum səbəbdən zənglərə, mesajlara cavab verə bilmirəm. Vəziyyəti stabildir. İnşallah, çətinliklər tezliklə geridə qalar. Anlayışınız üçün təşəkkür edirəm". 

Cəfər Nəcəfov "Hər şeyə hazır olun", "Xəstənin vəziyyəti ağırdır, həyati təhlükəsi var" ifadələrinin onun üçün eşidə biləcəyi ən ağır sözlər olduğunu da qeyd edib.

29.04.2023 11:07
show 20272