65d42fd54205c202402245133
Məktəbli qızların qeyri-etik davranışına əks etdirən görüntülər YAYILDI - ANBAAN VİDEO

156 nömrəli tam orta məktəbin məlumat yaylan görüntülərlə bağlı məlumat yayıb.

Qlobal.net xəbər verir ki, Məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.

Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.

Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir.  

***

Paytaxtın Xəzər rayonu 156 saylı orta məktəbin şagirdinə qarşı edilmiş təhqiramiz hərəkətlərə polis reaksiya verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.

"Yayılan məlum videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır" deyə DİN rəsmisi bildirib.

20.02.2024 08:46
5123