Cəmiyyət
Məktəblərdə payız tətili nə vaxt başlayır?

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili start götürəcək.
Qlobal.net bildirir ki, tətil 17-21 noyabr tarixlərində olacaq. Amma 22-23 noyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün dərslər 24 noyabr tarixindən başlayacaq.
Xatırladaq ki, tətil Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.
Fidan Məmmədli
Qlobal.net



