Cəmiyyət

Məktəblər 22 sentyabrda başlayacaq?

Formula-1 Azərbaycan Qran-prisinin tarixi yeni tədris ilinin başlanğıcı ilə üst-üstə düşür.

Məktəblərin və ali təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə paytaxt yollarında sıxlığın artacağı, yarış günlərində vəziyyətin daha da çətinləşə biləcəyi ehtimal olunur. Bu səbəbdən son günlər sosial mediada yeni tədris ilinin sentyabrın 22-də başlayacağı barədə məlumatlar gündəmdədir və müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, 2025-2026-cı tədris ilinin başlanma tarixinin dəyişdirilməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Nazirlikdən qeyd olunub:

“Bu kimi məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməlidir. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələrinə dair hər hansı məhdudiyyət tətbiq olunacağı halda, ictimaiyyətə ayrıca məlumat veriləcək”.

Related Articles

Bir cavab yazın

Back to top button