01.10.2021
21:39
223

"Məktəb yaşının aşağı salınmasına çalışmalıyıq"

Loading...

"Erkən uşaq inkişafı və məktəbə tez başlama vacib məsələdir. Uşaqlar 1-5 yaşında bağçaya gedə bilir, bu baxımdan, erkən uşaq təhsili baxımından zəiflik hiss olunur".

BiG.AZ APA-ya istinadən xəbər verir ki, bunu "Təhsildə yeni çağırışlar" II Beynəlxalq Forumunda çıxış edən Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, əsas çağırışlardan biri erkən məktəbə başlama yaşı ilə bağlıdır:

"Zənnimcə, 6 yaş gecdir. Məktəb yaşının 5-ə qədər azaldılmasına çalışmalıyıq. Sosial-iqtisadi və yaxud məkan baxımından olan məqamları kənara qoyaraq. Bu baxımdan siyasət formalaşdıran tərəflər çalışmalıdılar. Qarşımızda duran ikinci vacib məsələ təhsilin kontenti, məzmunudur. Uşaqları nəyə hazırlayırıq? 10-15 yaşında olan uşaqlar 20-30 ildən sonra soruşacaqlar bizə nə öyrətdiniz, bunun bir faydası varmı, həyatımız necə dəyişdi? Daha yaşlı nəslin ideyaları gənc nəslə nə qədər ötürülür? Biz gələcyi görürükmü? Bu, əsas həlledici suallardan biridir".

Loading...