Məktəb direktorunun intim görüntüləri yayıldı - Əhali ayağa qalxdı - VİDEO
Azərbaycanda daha bir vəzifəli şəxs intim görüntüləri ilə şantaj olunur. Qlobal.net xəbər
verir ki, Ucar rayonu, Şirvan Həsənov adına Alpoud kənd 2 nömrəli tam
orta məktəbin direktoru Orxan Rəhimov xüsusi proqram vasitəsilə intim
xarakterli davranışlara sövq edilib və həmin görüntülər paylaşılıb. Bu
hadisə kənd camaatının ciddi narazılığına səbəb olub. Artıq neçə gündür
ki, əhali məktəbin önünə gedərək, direktorun işdən uzaqlaşdılımasını
tələb edir. Direktor isə kənd sakinlərindən sentyabr ayına kimi möhlət
istəyib.Bildirib ki, işdən çıxarılması üçün artıq ərizə yazıb.Xatırladaq
ki, bir neçə ildir, ayrı-ayrı mütəşəkkil dəstə üzvləri “Facebook”
sosial şəbəkəsində yaratdıqları saxta hesablar vasitəsilə müxtəlif
Azərbaycan vətəndaşlarına məxsus hesablara videogörüntülü zənglər edərək
intim xarakterli davranışlara sövq etməyə yönələn hərəkətlər edib,
texniki vasitələrdən istifadə edilməklə xüsusi proqram təminatları ilə
zəng edən və zəng qəbul edən tərəflərin qarşılıqlı əks olunduğu ekran
pəncərəsinin videoçəkilişini həyata keçirib, “Facebook Messenger” və
“WhatsApp” tətbiqləri vasitəsilə həmin vətəndaşlarla əlaqə yaradıb
onların və yaxın qohumlarının barəsində rüsvayedici materialları nümayiş
etdirib yayma hədəsi ilə külli miqdarda pul vəsaitləri tələb edərək
beynəlxalq pul köçürmə sistemləri vasitəsilə çoxsaylı hesablara
göndərilməsini təmin ediblər. Bununla bağlı hüquq-mühafizə organları bir neçə dəfə büyük əməliyyatlar keçirərək, həmin dəstə üzvlərini ələ keçiriblər. Amma təəssüf ki, bu cinayətkar qrupun fəaliyyəti davam edir. Vətəndaşlarımızı ehtiyyatlı olmağa çağırırırq./bakupost.az