Əməkdar artist Mehriban Xanlarova ilə AzDrama-nın bədii rəhbəri Mehriban Ələkbərzadə arasında qalmaqal yenidən alovlanıb.
Qlobal.net xəbər verir ki, Xanlarova instaqramda bu sözləri qeyd edib:
“Mehriban Ələkbərzadə, artıq bir aydır səni səssiz və təmkinlə gözləyirik ki, vicdanınla baş-başa qalacaq, cəsarətini toplayaraq şəhid qızı Məsmə Aslanqızından üzr İstəyəcəksən. Nə üçün üzr istəməli olduğunu sən çox yaxşı bilirsən. Bu susqunluq artıq qəbuledilməzdir! Sənə son 24 saat vaxt veririk! Əgər bu müddət ərzində çıxıb üzr istəməsən, həmin hadisəni ictimaiyyətə açıqlayacağam!”.