63ebd018173a9202302231656

Mehriban Əliyeva Kəramət Böyükçölün atasına mənzil hədiyyə etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tanınmış şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəşəm Nəcəfzadəyə mənzil hədiyyə edib. 
Bu barədə şairin özü məlumat verib.  "Mehriban xanım Bakı şəhərində mənə mənzil hədiyyə etdi. Azərbaycan prezidenti İlham Əliyevə və Mehriban xanım Əliyevaya bu diqqətə görə dərin təşəkkürümü bildirirəm”.
Q.Nəcəfzadə Azərbaycan Yazıçılar Birliyinin "Azərbaycan” jurnalında poeziya söbəsinin müdiri, uşaq ədəbiyyatı seksiyasının rəhbəri, Azərbaycan Respublikası Milli Radio və Televiziya Şurasının ekspert şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2007-ci ildə Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub. Ətraflı 
2018-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Qəşəm Nəcəfzadənin şeirləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında mintəzəm çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa dillərə tərcümə edilib.
Şairin indiyə kimi 19 şeir, 1 hekayə və 2 elmi-publisistik kitabı işıq üzü görüb. Şairin Hollandiyada ingilis və holland, Tehranda fars və Azərbaycan (ərəb qrafikası ilə), Türkiyədə türk və Kolumbiyada ispan dillərində kitabları nəşr olunub.
Tənqidcilər onun yaradıcılığını realist üsluba aid edirlər. Şairin son illər yaradıcılığında epik, modern və metofizik şeirlər də üstünlük təşkil edir. (azpost.infp)
14.02.2023 20:52
show 536